ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

ÇıxışYolu.Com – Onlar uğur qazanmaq üçün canlarından keçir

Baxış sayı: 2. 809 dəfə baxılıb.

Alqış almaq asan deyil. Məşhur aktyorlar, müğənnilər, rəqqaslar və modellər uğurlu performanslarına acı-ağrı içərisində, əziyyətlə hazırlaşır.

ÇıxışYolu.Com Daniel Dey Levisdən Ledi Qaqaya kimi bir çox məşhurun uğurlarını və uğurlarının arxasında olan əziyyəti təqdim edir.

Daniel Dey Levis 1992-ci ildə çəkilən “Son Mogikan” filmində canlandırdığı obraza görə altı ay meşədə yaşayıb və “Oskar” qazanıb.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Ed Herris 2000-ci ildə ekranlaşdırılan bioqrafik “Pallok” filmində məşhur rəssamı olduğu kimi canlandırmaq üçün Cekson Pallokun yatağında yatıb və roluna 10 ilə hazırlaşıb.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Balet və oriental rəqqasə Aleksandra Bilcik hər uğurlu performansından sonra ayaqlarına yaranan yaralara görə ağrı çəkir.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Model Canessa Rayt moda dünyasının qaranlıq tərəfini göz önünə sərir.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Cokvin Foniks “Qladiator” filmindəki roluna görə qılınc oynatma öyrənməklə bərabər, qılıncı yanında daşıyaraq ona öyrəşməyə çalışıb. Məşhur aktyor “Xətlə yerimək” filmi üçün isə mahnı oxumağı və gitarada ifa etməyi öyrənib.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Linda Hemilton 1991-ci ildə çəkilən “Terminator” filmində canlandırdığı Sarah Konor obrazı üçün çəkilişlərdən öncə 13 həftə dieta tutub. Onun məşqləri içərisində okeanda ağırlıqla üzmək də var idi. Üstəlik, hazırlıq prosesi o, ana olduqdan bir neçə ay sonra baş vermişdi. Bu məşqlər sayəsində o, 28 il sonra da “Terminator”a çəkilməyə hazır vəziyyətdə idi.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Ledi Qaqa yeni mahnılarını bəstələyərkən fibromiyalgiya (xroniki sümük-əzələ sistemi xəstəliyi) problemi yaşayır və gitara ifa etməkdən barmaqları yaralanır.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

Arnold Şvarsneqqer “Doğru yalanlar” filmi üçün altı ay tanqo dərsləri alıb və baletlə məşğul olmağı öyrənib. Məşhur aktyor “Predator” filmi üçün isə kirli su içib. Sənətçi içi natəmiz olan suda üzdüyünə görə xəstəliyə yoluxub və 12 kq arıqlayıb.

ÇıxışYolu.Com - Onlar uğur qazanmaq üçün canlarından keçir

.
www.ÇıxışYolu.Com