ÇıxışYolu.Com - Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu

ÇıxışYolu.Com – Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu

Baxış sayı: 2. 464 dəfə baxılıb.

ÇıxışYolu.Com - Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü bir sıra qəsəbə və kəndlərinin adlarının dəyişdirilməsi haqqında Qanunu imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Qanuna əsasən adları dəyişdirilən yaşayış məntəqələri Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında yerləşir.

Dəyişikliklər aşağıdakı kimidir:

Ağsu:

Gürcüvan kəndi – Xanbulaq

Astara:

Qamışovka kəndi – Qamışoba

Goranboy:

Ağamalıoğlu kənd – Düzqışlaq

Əzizbəyov kəndi – Kəhrizli

Göygöl:

Xanlar qəsəbəsi – Ağdağ

Mixaylovka kəndi – Bənövşəli

Xaçmaz:

Alekseyevka kəndi – Çaykənarı

Müqtədir qəsəbəsi – İstisu

Krasnı Xutor kəndi – Şıxlı

Xızı:

Çistı Klyuç kəndi – Safbulaq

Şuraabad qəsəbəsi – Şorabad

Qazax:

Kommuna kəndi – Bala Çaylı

Quba:

Novonikolayevka kəndi – Çaydüzü

Qusar:

Şirvanovka kəndi – Şirvanlı

Masallı:

Kalinovka kəndi – Viləş

Oğuz:

Astraxanovka kəndi – Çaldaş

Vladimirovka kəndi – Çayqovuşan

Saatlı:

Xanlarkənd kəndi – Nabatkənd

Qarayevkənd kəndi – Orta Muğan

Samux:

Lüksemburq kəndi – Köbər

Qırmızı Samux qəsəbəsi – Qaraağaclı

Əli Bayramlı kəndi – Sarıqaya

Şəmkir:

Qasım İsmayılov kəndi – Ağlavaşlı

Muxtariyyat kəndi – Qədimqala

Yevlax:

Bünyadabad kəndi – Yeni Çobankərə

www.ÇıxışYolu.Com