ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

ÇıxışYolu.Com – Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Baxış sayı: 2. 464 dəfə baxılıb.

Son yüzilin ən möhtəşəm səslərindən biri olan Uitni Hyustonun faciəvi bir həyatı olub.

ÇıxışYolu.Com müğənninin doğum günü ərəfəsində onunla bağlı bilinməyən bir çox informasiyanı sizinlə paylaşır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Uitni Sissi Hyuston adlı müğənninin qızı olaraq 9 avqust 1963-cü ildə dünyaya gəlib.

İlk dəfə ailəsinin istəyilə kilsə xorlarında çıxış edib. 11 yaşında olanda səhnədə ilk dəfə solo çıxış edib.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Əvvəllər anasının və bir neçə ifaçının “back vocal”ı olsa da, modellik də edirdi.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

“Glamour”, “Seventeen” kimi dərgilərin üz qabığına da çəkilmişdi. Digər tərəfdən, səsini inkişaf etdirirdi.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Səhnəyə çıxarkən məşhur prodüser Klayv Devisin diqqətini çəkir. Onu öz komandasına dəvət edir və iki il onu bir ulduz olaraq hazırlamağa başlayır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

İlk hiti 1984-cü ildə “Hold me” adlı mahnı olur. Daha sonra “Saving all my love for you”, “Greatest love of all” ve “How will i know” kimi mahnılar da ABŞ-da “Billboard Hot 100” siyahısında zirvədə olur.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Həmçinin, “Saving all my love for you” mahnısı sənətçiyə üç nominasiya üzrə yarışdığı “Grammy” mükafatlarında ilk mükafatını qazandırır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Eyni il Stiv Vonder, Maykl Cekson, Rey Çarlz və bir çox məşhurla “We are the world” adlı mahnını səsləndirir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

İki il sonra ikinci solo albomu – “Whitney” işıq üzü görür. Bu albomla da o, ikinci “Grammy” mükafatını qazanır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

19 milyondan çox satılan albomda “I wanna dance with somebody”, “So emotional”, “Didn’t we almost have it all” və “Where do broken hearts go” kimi hitlər yer alır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

1992-ci ildə müğənni “Oskar” mükafatını qazanan Kevin Kostnerlə “Mühafizəçi” filmində baş rolda oynayır. Bu eşq hekayəsi bütün dünyada izlənmə rekordları qırır.

Filmdən sonra “I will always love you” adlı sinql çıxaran  Hyuston 20 milyona yaxın satış edir və rekordunu təzələyir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Mahnı dünya miqyasında 42 milyondan çox satış əldə edir.

1990-cı illərdə Uitni artıq bütün dünyanın tanıdığı, ABŞ-ın qəlbini ovuclarında tutan bənzərsiz bir sənətçi idi. Zərif bədənindən belə möhtəşəm bir səsin çıxması hər kəsi heyran edirdi.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Bütün dünyanın qəlbini fəth edən Hyuston öz qəlbini isə reper Bobbi Brauna verir. Bobbi Uitnidən fərqli olaraq, zərif deyil, nizamsız, çılğın və narkotik istifadəçisi biri idi.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

“Mühafizəçi” filmi və “I Will Always Love You” hiti ilə zirvədə olan Uitni sevgilisi ilə birlikdə kokain partilərinin vazkeçilməzinə çevrilir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

1992-ci ildə reperlə evlənir və illərlə məşəqqətli bir evlilik yaşayır. Qızları Bobbi Kristina anası şöhrətin zirvəsində, atası isə psixoloji olaraq ən dibdə olarkən dünyaya gəlir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

“Mühafizəçi”dən sonra iki filmdə çəkilən Uitni bu ekran işlərində də uğura imza atır.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

2001-ci ildə Maykl Ceksonun solo karyerasının 30-cu ilində “Wanna be startin’ something” adlı mahnı səsləndirərək, dünyanın ən güclü səslərindən biri olduğunu isbat edir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Altı “Grammy” olmaqla, 400-dən artıq mükafatın sahibi olur və “Dünyanın ən çox mükafat alan qadın müğənnisi” olaraq Ginnesin Rekordlar Kitabına düşür (2006-cı il də daxil olmaqla, 411 mükafat).

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Uitni uğur qazanmağa davam edirdi, digər yandan isə narkotiklə mübarizə aparırıdı. 2007-ci ildə Bobbidən boşanır və bu prosesdən sonra özünə gələ bilmir.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Tanınmayacaq qədər dəyişən Uitni 2012-ci ildə Los-Ancelesdəki hotellərin birində ölü olaraq tapılır. İllərin sənətçisi yaşadığı acı və ağrılara dözməyərək intihar etmişdi.

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

11 fevral 2012-ci il

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

Anasının cənazəsində qızına yazdığı məktubda “Doğulanda müqəddəs ruh mənə bu dünyada çox qalmayacağını dedi. Bunu sənə heç vaxt demədim. Sən həmişə Allahın övladı idin. Mənə verdiyin gözəl 48 il üçün təşəkkür edirəm” yazılmışdı…

ÇıxışYolu.Com - Ötən yüz ilin ən möhtəşəm səsi: Uitni Hyustonun faciəvi həyatı

.
www.ÇıxışYolu.Com