ÇıxışYolu.Com – Ovçu özü ov oldu

Baxış sayı: 2. 194 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ovçu özü ov oldu

CAR-dakı “Sibuya” qoruğunda aslanlar kərgədanları ovlayan brakonyerləri parçalayıblar.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qoruğun sahibi Nik Foks öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ən azından 3 nəfərdən ibarət qrup iyulun 2-nə keçən gecə qoruğun ərazisinə daxil olub. Onlar kərgədanları qiymətli buynuzlarına görə ovlamaq məqsədi güdüblər. 

Səhər saatlarında isə aslanların məskunlaşdığı ərazinin yaxınlığında insan qalıqları və digər əşyalar aşkarlanıb.

Brakonyerlərin bəzisinin, bəlkə də hamısının vəhşi heyvanların qurbanı olduğu qeyd edilir. Polis tədqiqata başlayıb.

www.ÇıxışYolu.Com