ÇıxışYolu.Com – Parisdə iki nəfər girov götürülüb

Baxış sayı: 2. 351 dəfə baxılıb.

ÇıxışYolu.Com - Parisdə iki nəfər girov götürülüb

Parisdə iki nəfəri girov götürən kişi, onların üzərinə benzin töküb və yandıracağı ilə hədələyib.

ÇıxışYolu.Com xəbər verir ki,  hadisə yerinə xüsusi təyinatlılardan savayı, yanğınsöndürənlər və istehkamçılar göndərilib.

Bundan əvvəl həmin şəxs üzərində partlayıcı qurğunun olduğunu deyərək, İran səfirliyindən ona zəng vurulmasını tələb edib. Girovlardan birinin hamilə qadın olduğu deyilir.

İnsident hələ ki, terror hücumu kimi qiymətləndirilmir. Cinayətkarın psixiki pozuntularının olduğu güman edilir.

20:52

Parisdə kimliyi məlum olmayan kişi iki nəfəri girov götürüb.

ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “France Info” məlumat yayıb.

İlkin məlumata görə, hücum edən şəxs üzərində bomba olduğu ilə hədələyib.

İnsident Parisin 10-cu dairəsində baş verib. Hazırda polis qüvvələri ərazidə xüsusi əməliyyat aparır.

“Le Parisien” nəşrinin məlumatına görə, həmin şəxs İran səfirliyi ilə telefon əlaqəsinin təmin edilməsini istəyib. Nəşrin mənbəyi girov sayının üç olduğunu və onların arasında hamilə qadının olduğunu iddia edir.

.
www.ÇıxışYolu.Com