ÇıxışYolu.Com – Paşinyanın ikibaşlı Türkiyə “sevdası”

Baxış sayı: 2. 648 dəfə baxılıb.

ÇıxışYolu.Com - Paşinyanın ikibaşlı Türkiyə “sevdası”

Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq Elxan Şahinoğlu “Facebook” hesabında yazıb. 

Onun sözlərinə görə, bu açıqlamada yeni heç nə yoxdur:

“Eyni sözləri keçmiş prezidentlər Serj Sarqsyan, Robert Koçaryan və Levon Ter-Petrosyan da deyirdilər. Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb.

İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddialı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün “tarixi fürsət” adlandırıb.

“Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik, bizim əlimiz elə qardaş Azərbaycanın əlidir” deyən Sarıgül sonuncu cümləsi ilə sanki bizə də müsbət ismarıc göndərir”.

Ekspert bildirib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq kimi fikri yoxdur. 

“Bir də ki, Türkiyədə unutmasınlar ki, Nikol Paşinyan açıqlamasına belə bir cümlə də əlavə edib: “Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”.

Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa belə, Ankara bizdən “erməni soyqırımını tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”.

Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Mustafa Sarıgül kimi düşünənlər az olmaya da bilər”, – E.Şahinoğlu əlavə edib.

Ə.Ş.
www.ÇıxışYolu.Com