ÇıxışYolu.Com - Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı

ÇıxışYolu.Com – Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı

Baxış sayı: 2. 287 dəfə baxılıb.

ÇıxışYolu.Com - Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı

Bakının Səbail rayonundakı mənzillərdən birində iyulun 26-da skeleti aşkar edilən qadının ölümü ilə bağlı təfərrüat məlum olub.

ÇıxışYolu.Com “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, ekspertizanın məlumatlarına əsasən, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna təxminən bir il beş ay əvvəl ölüb. 

Qonşuların sözlərinə görə, Kosyançuk tək yaşayıb, son illər o, qapalı həyat tərzi sürüb və uzun müddət evdən çıxmayıb. Onlar ehtimal edirdilər ki, qadın evi satıb və Rusiyadakı yaxınlarının yanına köçüb. 

XX əsrin əvvəllərində tikilən qədim evlərin qalın divarları cəsəddən gələn üfunətin qonşu evlərə keçməsinə maneə törədib və buna görə də qonşular heç nədən şübhələnməyiblər. Meyit sahə polis rəisi tərəfindən ərazidə aşkarlanıb. 

Eyni zamanda, məlum olub ki, Kosyançuk əməkdar incəsənət xadimi olub. 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona bu fəxri adı verib. 

Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının yaşadığı ev sovet dövründə dövlət rəhbərliyi tərəfindən ona hədiyyə edilib. 

10:27

Bakıda mənzildən meyit tapılıb.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyən edilib.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com