ABŞ-da pikap Fox 4 News telekanalı studiyasının divarını dağıdaraq içəri girib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Dallas şəhərində baş verib.
Bildirilir ki, avtomobilin sürücüsü bunu bilərəkdən edib. O, maşından düşərək yüksək səslə qeyri-etik ifadələr işlətməyə başlayıb.
Polis artıq pikapın sürücüsünü saxlayıb. Mütəxəssislər isə onun studiyada qoyduğu qara çantanı yoxlayıblar.
Studiyada çalışan şəxslərin hamısı təxliyə olunub.