Rusiyalı azarkeşlərin futbol üzrə dünya çempionatında komandalarının İspaniya üzərində 1/8 final mərhələsində qazandığı qələbəni qeyd etmələri xoşagəlməz hallarla da yadda qalıb.
ÇıxışYolu.Com Rusiya mətbuatına istinadla xəbər verir ki, İnternetdə yayılan videoların birində azarkeşin avtomobilin üzərinə çıxaraq atlanıb-düşməsi əks olunub.
Lakin bir neçə saniyədən sonra yerə yıxılan gənc iki asayiş keşikçisi tərəfindən dəyənəklərlə amansızcasına döyülüb. Hadisə Voronejdə baş verib.
Xatırladaq ki, Rusiya millisi İspaniyanı penaltilər seriyasında məğlub edib – 4:3. Əsas və əlavə olunmuş vaxtda isə qalib müəyyənləşməyib – 1:1.