ÇıxışYolu.Com - Polis xəyanət edən arvadını boğub öldürdü

ÇıxışYolu.Com – Polis xəyanət edən arvadını boğub öldürdü

Baxış sayı: 3. 011 dəfə baxılıb.

ÇıxışYolu.Com - Polis xəyanət edən arvadını boğub öldürdü

Beyləqanda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

ÇıxışYolu.Com Lent.az-a istinadən xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var. 

14:14

Beyləqanda həyat yoldaşını kəndirlə boğub öldürən şəxs tutulub.

ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 29-da, Beyləqan rayonunun Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.

www.ÇıxışYolu.Com