ÇıxışYolu.Com – Polşa-Seneqal qarşılaşmasında hesab yenidən dəyişdi: 1-2

Baxış sayı: 2. 490 dəfə baxılıb.

ÇıxışYolu.Com - Polşa-Seneqal qarşılaşmasında hesab yenidən dəyişdi: 1-2

Polşa-Seneqal qarşılaşmasında hesab yenidən dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu dəfə Polşa yığması 86-cı dəqiqədə  hesab arasındakı fərqi azaldıb.

Qeyd edək ki, hesab 2:1 Seneqal yığmasının xeyrinədir

20:27

Polşa-Seneqal qarşılaşmasında hesab dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, seneqallılar oyunun ikinci hissəsində ikinci topu Polşa yığmasının qapısından keçiriblər.

Hesab 2:0 seneqallıların xeyrinədir.

19:40

Polşa-Seneqal qarşılaşmasında hesab açılıb.

ÇıxışYolu.Com xəbər verir ki, oyunun birinci hissəsinin 38-ci dəqiqəsində seneqallılar 1:o hesabı ilə önə keçiblər.

19:05

İyunun 19-da “Rusiya 2018”in altıncı gününün “H” qrupunun ikinci oyunu start götürüb. Mundialın birinci turunun sonuncu oyununda Polşa və Seneqal milliləri üz-üzə gəlir.

ÇıxışYolu.Com xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edir.

Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar.

Komandanın baş məşqçisi Adam Navalkadı.

Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar.

Seneqal millisinin məşqçisi Aliu Sissedir.

Qeyd edək ki, Polşa millisi yeddinci dəfə mundiallarda iştirak hüququ qazanıb.

Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da məhz həmin çempionatda olub.

Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Xatırladaq ki, Polşa millisinin və Seneqal yığmasının yer aldığı “H” qrupunda ilk matç Yaponiya və Kolumbiya komandaları arasında oynanılıb.

Görüş gündoğar ölkə təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com