Qərb mətbuatı ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyan səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla etdiyi zarafatı gündəmə çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Variety” məlumat yayıb.
Görüşdə Kim Çen In Pompeonun əvvəllər səsləndirdiyi “KXDR liderini onun öz xalqı devirəcək” ifadəsini xatırladıb. Amerikalı ali diplomat özünü itirməyərək, “hələ də Kim Çen Inı öldürməyə çalışdığını” dilə gətirib.
Zarafat Şimali Koreya liderinin xoşuna gəlib və gülməyə başlayıb.
Qeyd edək ki, Pompeonun KXDR-ə etdiyi səfər, ABŞ prezidenti Donald Trampla Kim Çen In arasında 12 iyun Sinqapur görüşünə hazırlıq məqsədi daşıyıb.