Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “B” qrupunun son oyunları yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, Saranskın “Mordoviya” arenasında keçirilən matçda Portuqaliya millisi İranla qarşılaşıb.
Matçda tərəflər 1-1 hesabı ilə bərabərliyə qalıb. Oyunda Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qollar: Kuarejma (45-ci dəq), Ansarifard (90+2)
Paralel olaraq Kalininqradda isə İspaniya milli komandası qrupun autsayderi Mərakeşlə üz-üzə gəlib. Matçda 2-2 hesabı qeydə alınıb.
Qollar: İsko (19-cu dəq), Butaib X. (14-cu dəq), Ən-Nəsiri (82-ci dəq), Aspas (90+3)
Son yekunlara görə, qrupdan birinci yerdə İspaniya , ikinci yerdə Portuqaliya millisi çıxıb. Hər iki komandanın xalları beşə bərabər olduğundan, vurulan qolların fərqi nəzərə alınıb.