ÇıxışYolu.Com - Prezident İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib

ÇıxışYolu.Com – Prezident İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib

Baxış sayı: 2. 942 dəfə baxılıb.

ÇıxışYolu.Com - Prezident İlham Əliyev Astana haqqında sənədli filmə çəkilib

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan paytaxtı Astanaya həsr edilmiş “Böyük çölün paytaxtı” adlı sənədli filmə çəkilib.

ÇıxışYolu.Com Nur.Kz saytına istinadla xəbər verir ki, filmin tizeri Qazaxıstan Respublikası Prezidentinin Teleradio Kompleksinin “Instagram” səhifəsində paylaşılıb.

Filmin tam versiyası isə iyulun 5-də axşam saatlarında “Xabar” telekanalı vasitəsi ilə nümayiş etdirilib.

Filmdə Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və digərləri də iştirak ediblər.

Azərbaycan prezidenti filmdə yer alan çıxışında bildirib ki, paytaxtın Almatı şəhərindən Astanaya köçürülməsi həmin dövrdə Qazaxıstan prezidentindən cəsarət, qətiyyətlilik və müdriklik tələb edirdi.

www.ÇıxışYolu.Com