Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünün tarixi açıqlanıb.
ÇıxışYolu.Com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün sentyabrın 8-də baş tutacağını bildirib.
Qeyd edək ki, Ermənistan baş nazirinin Rusiyaya səfəri ölkədə hakimiyyət dəyişikliyindən sonra sayca üçüncü olacaq. İlk dəfə Paşinyan Putinlə mayın 14-də görüşüb.