Rusiya prezidenti Vladimir Putin gələn həftə ölkəsində keçiriləcək futbol üzrə dünya çempionatına gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bəli. Futbola gözləyirik”, – deyə o qeyd edib.
Daha əvvəl, Ermənistan baş nazirinin mətbuat katibi Armen Eqoyan da Paşinyanın gələn həftə Moskvaya gedəcəyini, səfərin Rusiyada başlayan futbol üzrə dünya kuboku çərçivəsində təşkil edildiyini söyləyib.