ÇıxışYolu.Com – Putinli loqotip məhkəmə çəkişməsinə səbəb oldu

Baxış sayı: 4. 119 dəfə baxılıb.

Kontinental Xokkey Liqasında çıxış edən Finlandiyanın “Yokerit” klubu brenddən qeyri-qanuni istifadəyə görə “Helsingin Sanomat” jurnalını məhkəməyə vermək niyyətindədir.

ÇıxışYolu.Com “Iltalehti”yə istinadla xəbər verir ki, nəşr şənbə buraxılışının üz qabığında Rusiya prezidenti Vladimir Putinin şəklini klub loqosunun mərkəzində əks etdirib.

“Bu, klubu aşağılamaq və jurnalın satışını artırmaq üçün edilib. Heç kim bizdən loqonun istifadə edilməsinə dair icazə almayıb”, – “Yokerit”in baş direktoru deyib.

Jurnalın nümayəndələri isə vəziyyəti dramatikləşdirməməyə çağırıblar.

Qeyd edək ki, “Yokerit” Avropa çempionlar kubokunun ikiqat qalibidir.

ÇıxışYolu.Com - Putinli loqotip məhkəmə çəkişməsinə səbəb oldu

www.ÇıxışYolu.Com