ÇıxışYolu.Com – Qəzzada toqquşmalar: bir ölü, yüzlərlə yaralı

Baxış sayı: 2. 634 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qəzzada toqquşmalar: bir ölü, yüzlərlə yaralı

Qəzza sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 220 nəfərə çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə yerli Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

O qeyd edib ki, anklavın şərq sərhədlərində 25 yaşlı gənc öldürülüb, 220 nəfər isə yaralanıb.

Səhiyyə işçilərinin hesablamalarına görə, martın 30-dan Qəzza sərhədlərində başlayan etiraz aksiyalarında həlak olan fələstinlilərin sayı artıq 156 nəfərə çatıb.

 

3.08.2018. 23.05

Qəzzanın İsraillə sərhəd bölgələrində cümə gününün səhər saatlarından başlayan toqquşmalarda bir fələstinli öldürülüb, 100-dən çox insan isə yaralanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə nazirliyindən bildiriblər.

Qeyd olunur ki, etiraz aksiyalarında iştirak edən 127 fələstinli güllə yarası alıb. Bundan əlavə yüzlərlə insan polisin istifadə etdiyi qazdan zəhərlənib.

Hazırda qarşıdurmalar Xan-Yunis və Zeytun şəhərləri yaxınlığında davam edir.

www.ÇıxışYolu.Com