ÇıxışYolu.Com – “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini təqdim etdi

Baxış sayı: 2. 435 dəfə baxılıb.

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” sifariş ərizəsini UEFA-ya göndərib.

ÇıxışYolu.Com xəbər verir ki, ağdamlılar I təsnifat mərhələsində “Olimpiya” ilə oyunlar üçün 21 oyunçunu sifariş verib.

Yeni transferlər Hanes Haldourson, Vaqner da Silva, Rahil Məmmədov, Simeon Slavçev, Abdellah Zubir və Filip Ozobiç də heyətə salınıb.

Ümumiyyətlə, Sloveniya təmsilçisi ilə matçlarda baş məşqçi Qurban Qurbanovun ixtiyarında dörd qapıçı, yeddi müdafiəçi, doqquz yarımmüdafiəçi və bir hücumçu olacaq. Oyunun startına 24 saat qalmışa qədər daha bir oyunçunun adını siyahıya əlavə etmək mümkündür.

Qapıçılar: 1. Hanes Halldourson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədəvi Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdellah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Vild-Donald Qerye, 91. Coşqun Diniyev;

Hücumçu: 11. Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

Qarabağ FK adlı şəxsin şəkli.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə həmin matçdan bir həftə sonra Bakıda keçiriləcək.

S.M.
www.ÇıxışYolu.Com