Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi.
Lakin çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyun 1:1 hesabı ilə nəticələnib və ağdamlılar ÇL-də mübarizəni dayandırıblar.
Ağdamlılar mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) duelinin qalibi olacaq.