ÇıxışYolu.Com – “Qarabağ” fransalı futbolçu ilə gücləndi

Baxış sayı: 2. 816 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ” fransalı futbolçu ilə gücləndi

“Qarabağ” heyətinə yeni futbolçu qatıb.

ÇıxışYolu.Com xəbər verir ki, fransalı futbolçu Abdellah Zubir ilə 2019-cu ilin iyununadək müqavilə bağlanılıb. Fransa KİV-nə inansaq, o bu müddətdə Ağdam klubundan bir milyon avro alacaq.

Mərakeşəsilli futbolçu Fransanın Lill şəhərində doğulub. O, oyunçu karyerasına da Fransada başlayıb. Zubir peşəkar karyerasında ilk addımlarını “Qrenobl”da atıb. Daha sonra isə Zubir “İstr” klubunda çıxış edib. 

Yarımmüdafiəçi futbolçu karyerasında ilk legioner həyatını Şotlandiyada yaşayıb. “Hibernian”da oynayan Zubir 2015-ci ildə Rumıniyaya yollanıb. Bir il ərzində “Petrolul”da oynadıqdan sonra o, vətəninə dönüb.

2016-cı ildə “Lans”a qoşulan 27 yaşlı vingerin müqaviləsi bu yay bitib. Buna görə o, Azərbaycan çempionunun sıralarına azad agent statusu ilə qoşulub.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com