ÇıxışYolu.Com – “Qarabağ” “Neftçi” önündə xal itirdi

Baxış sayı: 2. 519 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ” “Neftçi” önündə xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tur başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, Suraxanı qəsəbə stadionunda keçirilən turun son görüşündə Azərbaycan çempionu “Qarabağ” “Neftçi” ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Əvvəlcə hesabı 28-ci dəqiqədə “Neftçi”nin qanalı hücumçusu Kvame Karikari açıb. Ancaq 70-ci dəqiqədə nigeriyalı hücumçu İnnosent Emeqara “Qarabağ”ı məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, “Neftçi” yeddi xalla liderdir. Debütant “Sabah” altı xalla II, “Qəbələ”, “Sumqayıt” və “Qarabağ” dörd xalla III yerdədir. Onu da bildirək ki, Ağdam klubu rəqiblərindən fərqli olaraq, bir oyun az keçirib.