“Qarabağ” Komitəsinin ilk rəhbəri və Qarabağ separatçılarının liderlərindən biri İqor Muradyan İrəvanda vəfat edib.
ÇıxışYolu.Com xəbər verir ki, Muradyan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, son vaxtlar ABŞ-da müalicə kursu keçib.
Muradyan “Qarabağ” komitəsinin yaradılmasının təşəbbüskarı idi. 1988-ci ildə bu vəzifədən uzaqlaşıb.