ÇıxışYolu.Com – “Qarabağ” – “Şerif” oyununun biletləri satışa çıxarıldı

Baxış sayı: 2. 322 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Qarabağ” - “Şerif” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb. 

ÇıxışYolu.Com-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır. 

Biletlər “Park Bulvar”dakı “Qarabağ” FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “28 Mall”da və onlayn olaraq, iTicket.az saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 21:00-da başlayacaq. 

Mərhələnin ilk oyunu isə avqustun 23-də Tiraspolda baş tutacaq. 

www.ÇıxışYolu.Com