ÇıxışYolu.Com – “Qarabağ”ın son transferi Araz Abdullayev oldu

Baxış sayı: 2. 809 dəfə baxılıb.

ÇıxışYolu.Com - "Qarabağ"ın son transferi Araz Abdullayev oldu

“Qarabağ” transfer “pəncərəsi”nin son günündə növbəti transferini reallaşdırıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Ağdam təmsilçisi milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb.

Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti iki mövsümü icarə əsasında bu klubda keçirəcək.

Qeyd edək ki, 26 yaşlı vinqer son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı otuz oyunda üç qolla yadda qalıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com