Bir zamanlar Türkiyənin ən məşhur aparıcılarından olan Murat Başoğlu intihara cəhd edib.
ÇıxışYolu.Com xəbər verir ki, gəmidə qardaşı qızı Burcu Başoğlu ilə səmimi fotoları çəkilən aparıcı hadisədən sonra 14 illik həyat yoldaşı Hande Bermeklə boşanmışdı.
“Beyaz” TV-də yayımlanan “Söylemezsem olmaz” proqramında Muratın yaşadıqlarından sonra depressiyaya düşdüyü bildirilib.
Qeyd edilir ki, intihara cəhd edən Başoğlunun yaxınları vaxtında yetişərək, onu xəstəxanaya aparıblar.
Müalicə alan aparıcının psixoloji durumunun yaxşı olmadığı bildirilir.