Sosial şəbəkədə Qazaxıstanda tərbiyəçinin istirahət saatlarında azyaşlıya qarşı vəhşiliyinin əks olunduğu görüntülər yerləşdirilib.
ÇıxışYolu.Com REN TV-yə istinadla xəbər verir ki, videoda qadının uşağın yanında oturması və sakit dayanması üçün azyaşlını adyal vasitəsilə boğması əks olunub.
Uşağın qışqırmasına belə tərbiyəçi heç bir reaksiya verməyib.
Bir müddət sonra qadın adyalı uşağın üzərindən çəkir və deyir: “Bəsdir, bəsdir, yum”.
Qəribədir ki, hadisəni lentə alan şəxs tərbiyəçini dayandırmaq üçün heç nə etməyib.
Bağçanın 50 yaşlı işçisinə qarşı cinayət işi başlanıb.