ABŞ-ın Florida ştatında sahildə müşahidə olunan “Qırmızı qabarma” – dəniz yosunlarının kütləvi çoxalması nəticəsində suyun toksik parıldaması – fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
ÇıxışYolu.Com “ABC News” telekanalına istinadla xəbər verir ki, təbii fəlakət ştatın bütün sahili boyu müşahidə olunur, çimərliklərdə isə ölü balıqlardan nəhəng qalaqlar yaranır.
Çimərliklərin təmizlənməsinə və “qırmızı qabarma”nın nəticələrinin aradan qaldırılmasına ştat 2 milyon dollar ayıracaq.