Suriyanın Rəqqa şəhərində dinc sakinlərin dəfn edildiyi kütləvi məzarlıqlar aşkarlanıb: ən azından 1200 cəsəd.
ÇıxışYolu.Com “Ren.TV”yə istinadla xəbər verir ki, onların əksriyyəti aviasiya zərbələri nəticəsində dünyalarını dəyişiblər.
Rəqqa Fərat çayının şimal hissəsində yerləşir və razılıq əsasında bu ərazidə yalnız ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarələri fəaliyyət göstərib.
Könüllülər hər gün dağıntılar altından yüzlərlə cəsəd çıxarırlar. Eyni zamanda özləri də hər an ölümlə üz-üzədirlər: terrorçular şəhərdə 8 minə yaxın mina basdırıblar. Artıq 900 sakin bu minaların qurbanı olub.
Məzarlarda terrorçulara və onların qurbanlarına məxsus cəsədlər də tapılır. Amma aviasiya zərbələri zamanı həlak olanlar mütləq üstünlük təşkil edirlər.