Millimizin sabiq futbolçusu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov iyirmi il əvvəl Fransadakı dünya çempionatında iştirak edib.
ÇıxışYolu.Com xəbər verir ki, o, FIFA-nın baş sponsorlarından olan “Coca-Cola” şirkətinin Azərbaycanda keçirdiyi turnirin ən yaxşı oyunçusu kimi 1998-ci ildəki mundialı izləmək imkanı əldə edib.
Həmin vaxt yeniyetmələrdən ibarət millimizin üzvü olan Rəşad Sadıqov və Əli Baytalov adlı gənc dünya çempionatının F qrupunda keçirilmiş ABŞ – Yuqoslaviya matçında iştirak ediblər.
Onlar “CocaCola”nın layihəsi çərçivəsində sabiq Yuqoslaviyanın bayrağını meydana çıxarıblar.
Qeyd edək ki, videonu AzTV-nin sabiq idman jurnalisti Elnur Əşrəfoğlu yayıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com