ÇıxışYolu.Com – Rafael Ağayev Premyer Liqaya hazırlaşır

Baxış sayı: 2. 324 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rafael Ağayev Premyer Liqaya hazırlaşır

Karate millimizin aparıcı üzvü, beşqat dünya çempionumuz Rafael Ağayev qarşıdakı yarışlara hazırlaşır.

ÇıxışYolu.Com xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael sentyabrın 1-2-də İsveçrənin Bazel şəhərində keçiriləcək IX Açıq Turnirdə, daha sonra həmin ayın 14-16-da Almaniyanın paytaxtı Berlində baş tutacaq Premyer Liqa yarışında mübarizə aparacaq.

Sonuncu yarış Olimpiadaya vəsiqə baxımından çox böyük önəm daşıyır. Rafael Ağayevin millidə ən yaxın dostu olan Firdovsi Fərzəliyevlə birgə hazırlıq prosesindən özəl videonu təqdim edirik:

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com