Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Berlində keçirilən Avropa çempionatının qalibi olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün 200 metr məsafəyə qaçışda o, finişə 19,76 saniyəyə çatıb və Böyük Britaniya, İspaniya, İsveçrə, İtaliya, İrlandiya və Hollandiya atletlərini qabaqlayaraq, 1-ci yeri tutub.
Xatırladaq ki, ötən il Ramil dünya çempionu titulunu qazanıb.