ÇıxışYolu.Com – Ramil Quliyevin növbəti zəfəri

Baxış sayı: 2. 727 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ramil Quliyevin növbəti zəfəri

Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan “Almaz Liqa”da (Diamond League) növbəti uğura imza atıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Ramil Quliyev “Almaz Liqa”sının Stokholmda keçirilən növbəti mərhələsinin qalibi olub.

Həmyerlimiz 200 metr qaçış kateqoriyasında 19.92 nəticə ilə çempion olub. 

İkinci yerə çıxan kanadalı Aaron Braun Ramildən 0,15 saniyə geri qalıb.

Xatırladaq ki, Ramil Quliyev “Almaz Liqa”sının Osloda keçirilən mərhələsinin də qalibi olub – 19,90 saniyə nəticə ilə. 

www.ÇıxışYolu.Com