ÇıxışYolu.Com - “Riyad” Ticarət Mərkəzi yanır

ÇıxışYolu.Com – “Riyad” Ticarət Mərkəzi yanır

Baxış sayı: 1. 957 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Riyad” Ticarət Mərkəzi yanır

Fövqəladə Hallar Nazirliyi bu gün “Riyad” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

ÇıxışYolu.Com-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

14:47

Abşeron rayonunda “Riyad” Ticarət Mərkəzində güclü yanğın başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, yanğın ticarət mərkəzindəki mebel dükanının anbarında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

www.ÇıxışYolu.Com