ÇıxışYolu.Com – Robert Koçaryan həbs edildi

Baxış sayı: 2. 351 dəfə baxılıb.

ÇıxışYolu.Com - Robert Koçaryan həbs edildi

Yerevan məhkəməsi 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılması işi üzrə Ermənistanın sabiq prezidenti Robert Koçaryanı həbs edib.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə Koçaryanın vəkili Aram Orbelyan deyib.

“Məhkəmə həbs qərarı verib. Başqa əlavəm yoxdur. Bütün digər məsələləri sabah mətbuat konfransında açıqlayacağıq”, – vəkil bildirib.

Koçaryanın digər vəkili – Ruben Saakyan qeyd edib ki, müdafiə etdiyi şəxsin hara aparılacağını bilmir. Saakyan qeyd edib ki, Koçaryan məhkəmənin qərarını sakit qarşılayıb.

Eks-prezident özü ona qarşı irəli sürülən ittihamları siyasi təqib kimi qiymətləndirir. Koçaryanın fikrincə, bu, onun qarşıdan gələn növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərdə iştirakına mane olmaq niyyəti daşıya bilər.

 

27.07. 2018. 19.35

Bu gün Yerevanda Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbs edilib.

ÇıxışYolu.Com xəbər verir ki, daha öncə ona ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürülüb.

Bunu Ermənistanın Xüsusi İstintaq Xidməti bəyan etmişdi.

“2008-ci il martın 1-2-də baş verən hadisələrlə bağlı başlanan cinayət işi üzrə toplanan sübutlar əsasında 2018-ci il iyulun 26-da Ermənistanın sabiq prezidenti Robert Koçaryana digər şəxslərlə əvvəlcədən əlbir olaraq ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham irəli sürülüb”, – məlumatda deyilirdi.

www.ÇıxışYolu.Com