İspaniyanın Vergi agentliyi Turin “Yuventus”unun Kriştianu Ronaldu ilə müqavilə bağlamasına razılıq verib.
ÇıxışYolu.Com EFE-yə istinadla xəbər verir ki, futbolçu vergidən yayındığına görə 2 il müddətinə azadlıqdan məhrum ediləcək, amma həbsxana həyatı yaşamayacaq.
Əldə olunan razılığa görə, Ronaldunun cəzası şərti xarakter daşıyacaq. Bunun müqabilində portuqaliyalı özünü müqəssir elan edəcək və 19 milyon avro cərimə ödəyəcək.