ÇıxışYolu.Com – Ronaldu “Real”dan artıq yorulub

Baxış sayı: 2. 178 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ronaldu “Real”dan artıq yorulub

İspaniyanın “Real” klubunun hücumçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeş klub prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançeslə görüşüb. 

ÇıxışYolu.Com xəbər verir ki, onlar klubdakı vəziyyətindən narazı olan portuqaliyalı futbolçunun gələcəyinə dair müzakirələr aparıblar.

Ronaldu Mendeşə artıq yorulduğunu və klubla əlavə danışıqlara getmək istəmədiyini bildirib. 33 yaşlı ulduz 100 milyon avro sərbəst qalma məbləği qarşılığında Madrid klubunu tərk etməyə hazırdır.

Qeyd edək ki, daha öncə İtaliyanın “Yuventus” klubunun Kriştianu Ronalduya illik 30 milyon avro məvacib təklif etməyə hazır olduğuna dair xəbərlər yayılmışdı. Həmçinin son məlumatlara görə, portuqaliyalı futbolçu artıq Turində ev axtarışlarına başlayıb.

S.M.
www.ÇıxışYolu.Com