“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu klubun məşqinə gözünün altı göyərmiş vəziyyətdə qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, yerli media 33 yaşlı futbolçunun A Seriyasının ötən turu çərçivəsində “Parma” ilə oyunda zədə aldığını ehtimal edib.
Kriştianu Ronaldu Portuqaliya yığmasının yaxın vaxtlarda baş tutacaq iki qarşılaşmasına dəvət almayıb. Portuqaliyalılar sentyabrın 9-da Xorvatiya ilə yoldaşlıq oyunu keçirəcək, bir gün sonra isə UEFA Millətlər Liqası çərçivəsində İtaliya ilə qarşılaşacaqlar.