ÇıxışYolu.Com – Ronaldunun “Yuventus”a vurduğu qol ən yaxşı seçildi

Baxış sayı: 2. 280 dəfə baxılıb.

Hazırda İtaliyanın “Yuventus” klubunda çıxış edən Kriştianu Ronaldunun ötən mövsüm Çempionlar Liqasında vurduğu qol ən yaxşı seçilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu seçim UEFA-nın saytında keçirilən səsverməyə görə əsasən aparılıb. 197 mindən çox şəxs portuqaliyalı futbolçunun akrobatik zərbə ilə vurduğu qolu ən yaxşı hesab edib.

Maraqlıdır ki, həmin vaxt bu qolu Kriştianu Ronaldu Madridin “Real” klubunda oynayarkən indiki komandası “Yuventus”a vurub. Turin klubu isə buna görə sosial şəbəkədə Kriştianu Ronaldunu təbrik edib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com