Xalq artisti Flora Kərimovanın yenidən Röya Ayxan haqda açıqlama verməsi Əməkdar artisti özündən çıxarıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kərimovanın “Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozonu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var” sözlərinə Röya “Instagram Story”də cavab yazıb.
O, Kərimovanın qızı Zümrüdə və jurnalistlərə müraciət edərək fikirlərini belə ifadə edib:
“Jurnalistlər, bu sənətkarı bu qədər alçaltmayın. Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu”.
Xatırladaq ki, tərəflər arasında illərdir davam edən qalmaqal ötən aylarda yenidən qızışıb.