Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasında qalmaqal yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb Röyanın ötən gün çıxardığı “Mənə sevgindən bəhs et” adlı mahnıya görə baş verib.
Belə ki, Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşıb.
Əməkdar artist isə ona “Instagram Story”də cavab verib:
“Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib.
Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Mərhumun mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?”
Qeyd edək ki, hər iki eks rəfiqə “W-trio” qrupundan ayrılandan sonra aralarında zaman-zaman problemlər yaranıb.