Əməkdar artist Röya Ayxan prodüser Tarix Əliyevlə (Tolik) fotosunu paylaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi ondan öz məsləhətlərini də əsirgəməyib.
“Sənə üç şeyi açıq deyirəm: Çəkinə və xoşuna gəlməyən yerinə görə kompleksdən uzaqlaş və özünü sev! O gic proqramla özünü dediyim hallara qoyma!
Sənə verilən adı qoru, “Koşa”, “Moşa” bizlik deyil. Amma sənə halal olsun ki, həyatına, evinə sahib çıxdın. Sözüm sözdür – Səndə bir ulduz oldu ki, ömür boyu sənin məktəbin olub. Ancaq arada “zad eləyirdin”, – deyə Röya bildirib.
Qeyd edək ki, müğənni və prodüser uzun müddət bir yerdə çalışsa da, sonradan yollarını ayırmış və qalmaqal yaşamışdılar.