Müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürəcək.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi bu haqda rejissor Nail Naiboğlunun “Stop” layihəsində məlumat verib.
O bildirib ki, iki uşaq götürməyi planlaşdırır:
“Xeyriyyəçiliklə məşğul olmağı çox sevirəm. Məsələn, gələn ayın ortasında oğlum Corc əsgər gedir. O getsin, iki uşaq da övladlığa götürəcəm. Biri qız, biri oğlan olacaq.
Uşaqları çox sevirəm. Həyatımda missiyam var. Anası, atası olmayan şəxslərə analıq etmək. Allah analıq nemətini mənə bir dəfə qismət etdi”.
Qeyd edək ki, Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.