ÇıxışYolu.Com – Ruhani: ABŞ-ı diz çökdürəcəyik

Baxış sayı: 2. 325 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ruhani: ABŞ-ı diz çökdürəcəyik

İran ABŞ qarşısında təslim olmayacaq, tarixi milli qüdrətini qoruyub saxlayacaq və bu iradəli mübarizədə Birləşmiş Ştatları diz çökdürəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun ölkəni bürümüş etirazlar fonunda etdiyi bu çıxışı İranın dövlət telekanalında yayımlanıb.

Ruhani bundan əvvəl ABŞ-ın Vyanada bağlanmış nüvə sazişindən çıxmasından sonra, Vaşinqtonun Tehrana iqtisadi təzyiq göstərməyə çalışdığını və Tehrana qarşı psixoloji müharibə apardığını bildirmişdi.

Ölkədə işsizliklə bağlı problemlərin olduğunu danmayan Ruhani dövlət orqanlarının bu problemlərin həll olunması üçün böyük səylər göstərməli olduğunu söyləyib, həmçinin, daxili bazarda vəziyyətin nizamlanmasının vacibliyini vurğulayıb.

“Ölkənin qüdrətini, azadlığını, müstəqilliyini, demokratiyasını, dövlət düzənini, dinimizi və mədəniyyətimizi qorumaqla bu problemlərin və çətinliklərin öhdəsindən gələcəyimizi bütün dünyaya nümayiş etdirməliyik”, -deyə Ruhani qeyd edib.

.
www.ÇıxışYolu.Com