İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyalar tətbiq etdiyi üçün peşman olacaq.
Bu barədə ÇıxışYolu.Com “Al Mayadeen”ə istinadla xəbər verir.
Dövlət başçısının sözlərinə görə, İran bütün dünyaya sübut edəcək ki, Birləşmiş Ştatların sanksiyalarına rəğmən, “vədlərinə əməl edir”.
O həmçinin dünya xalqlarını Vaşinqtonun yeni məhdudiyyətlər tətbiq etməsi fonunda birliyə çağırıb.
06.08.2018. 23.53
İran prezidenti Həsən Ruhani ABŞ-ın Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra Amerika lideri Donald Trampla danışıqların mənasız olduğunu bəyan edib.
Bu barədə ÇıxışYolu.Com “Al Mayadeen”ə istinadla xəbər verir.
Daha öncə Tramp bəyan etmişdi ki, Tehrana “maksimal təzyiqə” rəğmən, İranla yeni saziş imzalamağa hazırdır.