ÇıxışYolu.Com – Rusiya çempionatında kuryoz qol

Baxış sayı: 2. 360 dəfə baxılıb.

ÇıxışYolu.Com - Rusiya çempionatında kuryoz qol

Şənbə günü, Rusiya çempionatının beşinci turu çərçivəsində Moskva derbisində “Spartak” və “Dinamo” komandaları qarşılaşıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, oyun “Spartak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeddinci dəqiqədə Kvinsi Promes meydan sahiblərini hesabda irəli çıxarıb. 14-cü dəqiqədə isə Lorenso Malqareho ikinci topu qonaqların qapısından keçirib.

Matçın 82-ci dəqiqəsində “Dinamo”nun müdafiəçi Vladimir Rıkov meydanın özlərinə aid hissəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücü çatmayıb.

Beş turdan sonra hesabında 13 xal olan “Spartak” turnir cədvəlinə başçılıq edir. “Dinamo” isə 6 xalla altıncıdır.

www.ÇıxışYolu.Com