Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovin “Monako”ya keçib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı Fransa təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.
Moskva MOİK-inin üzvü yeni komandası ilə beş illik müqavilə bağlayıb. 22 yaşlı orta sahə oyunçusunun keçidi ruslara otuz milyon avro qazandırıb.
Onu da bildirək ki, “Monako”nun prezidenti rusiyalı biznesmen Dmitri Rıbolovlev, vitse-prezidenti Vadim Vasilyevdir.
Qeyd edək ki, Aleksandr Qolovinə daha çox məşhurluq Rusiya millisi ilə son dünya çempionatındakı çıxışı məşhurluq qazandırıb. O, Səudiyyə Ərəbistanı ilə açılış matçında (5:0) iki məhsuldar ötürməyə imza atıb və cərimə zərbəsindən gözəl qol vurub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com