Kazanda (Tatarstan Respublikası, Rusiya Federasiyası) Tu-22M3M uzaq məsafəli bombardmançı təyyarənin nümayişi baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, Rusiya ordusunun bu bombardmançısı uzaq, orta və yaxın məsafədən yerüstü və dəniz hədəflərini məhv etməyə qadir Tu-22M3 raketdaşıyanının müasirləşdirilmiş versiyasıdır.
Təyyarə yeni gəmi əleyhinə raketlərlə təchiz olunub, onun əsas vəzifəsi isə düşmənin aviadaşıyıcı qrupları ilə mübarizədir.
Təqdimatdan sonra Tu-22M3M təyyarəsi yerüstü və hava sınaqlarının aparılması üçün təqdim olunacaq. Yeni təyyarə 2012-ci ildə Rusiya Hərbi-Hava Qüvvələrinin silahlanmasına daxil olacaq.
Müəlliflər qeyd edirlər ki, Tu-22M3M yalnız xarici görünüşü ilə sələfinə bənzəyir. Daxildə isə o, prinsip etibarilə tamamilə başqa təyyarədir, yeni sistemlərlə təchiz olunub, başqa imkanlara, qüvvəyə malikdir.
Qeyd edək ki, indiyədək Rusiya ordusu Tu-22M3 təyyarəsindən Suriyada yaraqlıların mövqelərinə zərbə endirmək üçün istifadə edib. Rusiya ərazisindən havaya qalxan bu təyyarələr İran və İraq üzərindən uçaraq, terrorçulara qrup zərbələri endiriblər.