Rusiya İqtisadi İnkişaf Nazirliyi ölkədən çıxarılan valyutanın həcmi ilə bağlı proqnozunu iki dəfə artırıb.
ÇıxışYolu.Com Rusiya İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilən hesabata istinadən xəbər verir ki, 2018-ci ilin sonunda ölkədən 41 milyard dollar çıxarılacaq.
Bundan əvvəl isə bu göstəricinin 18 milyard dollar olacağı proqnozlaşdırılırdı.
Qeyd olunur ki, ölkədən kapitalın çıxarılması maliyyə hesabın mənfi saldosunu əks etdirir.