“Jara” festivalı çərçivəsində Bakıya gələn məşhur reper ST jurnalistlərlə söhbətləşib.
ÇıxışYolu.Com xəbər verir ki, ifaçı azərbaycanlıların adət və ənənəsinə sadiq qalmağını çox sevdiyini bildirib:
“İlk dəfədir ki, Bakıyadam. Buradakı insanların adət-ənənələrini qoruyub saxlamağı və ona sahib çıxmaqları, hər şeyə hörmətlə yanaşmaqları ən sevdiyim cəhətləridir”.
Qeyd edək ki, sənətçi ötən gün səhnədə üç dəfə çıxış edib.
O, sonda “Leninqrad” qrupu ilə tmaşaçıları coşdurub.